Nurlan Lətif Şiirleri III

Sənin varlığını bu yazıq ürək
Hərdən hiss elədi,hərdən bilmədi
Gedişin o qədər səssiz oldu ki
Ruhum hiss elədi,bədən bilmədi

Səndən qabaglarda itirmisdim mən
Dostumu qəflətən torpağa qoydum
Mən sənin əlinlə tilov duzəltdim
Qəlbimi əlimlə qırmağa qoydum

Bəlkə də itirmək mənim payimdir
Mən bu cür gəlmisəm yalan dünyaya
Dostumla çox böyük dünya itirdim
Meylimi salmisam qalan dünyaya

Dünən yuxumada gəldin axırki
Başın ciynimdəydi,yuxun gəlirdi
Səhər açılanda mənim burnuma
Gecəki yuxudan qoxun gəlirdi

Nurlan Lətif













Bu yazı Şair Durağı kategorisine gönderilmiş ve , , ile etiketlenmiş. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.