Niyə alınmadı bilmirəm bizdə
Daha yaş qalmayıb bu qara gözdə
Sevdiyim bilirsən heç hansı tərzdə
Edir həyat dəvam?!Başa düşmürsən
Səndən nigaranam,başa düşmürsən
Sən mənim ətirli çiçəyim,gülüm
Sənsiz yaşamaqdır bu cana zülm
Nə olar qayıt gəl gözəl sevgilim
Sağalmır bu yaram,başa düşmürsən
Səndən nigaranam başa düşmürsən
Gecələr həsrətin gəlir gizlicə
Bu həsrət tükənmir bilmirəm necə
Səhərlər açılmır,qurtarmır gecə
Avamsan,çox avam,başa düşmürsən
Səndən nigaranam başa düşmürsən
Məni yoxluğunla sınama nolar
Getdiyin bəs edər gəl ama nolar
Bu yalqız adamı qınama nolar
Sənsizdir bu adam,başa düşmürsən
Səndən nigaranam başa düşmürsən
Nurlan Lətif